Donald Tramp ABŞ ilə İran arasında atəşkəs rejiminin uzadılması barədə göstəriş verdiyini açıqlayıb.
Bu barədə o, Truth Social hesabında paylaşım edib.
ABŞ prezidenti bildirib ki, Pakistan tərəfi Vaşinqton və Tehran arasında vasitəçilik edərək, İran rəhbərliyinin vahid təklif hazırlayana qədər zərbələrin dayandırılmasını xahiş edib.
Donald Tramp qeyd edib ki, bu səbəbdən o, ABŞ silahlı qüvvələrinə əməliyyatları dayandırmaqla yanaşı, hazır vəziyyətdə qalmaq və hər an fəaliyyətə hazır olmaq göstərişi verib.
O əlavə edib ki, atəşkəs rejimi tərəflərin təqdim edəcəyi təklifə və danışıqların nəticəsinə qədər davam edəcək.

