İran İsrailə qarşı raket və pilotsuz aparatlarla kombinə edilmiş hücuma başlayıb.
Bu barədə RIA Novosti İranın ISNA agentliyinə istinadən məlumat yayıb. Məlumatda "İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)"nun açıqlamasına yer verilib.
Bildirilib ki, “Doğru vəd-4” əməliyyatının 21-ci dalğası başlayıb.
SEPAH-ın məlumatına görə, hücumlar zamanı pilotsuz uçuş aparatları və “Xeybər” ailəsinə aid raketlərdən istifadə olunur.

