ABŞ Silahlı Qüvvələri ardıcıl beşinci gecə İrana qarşı yeni zərbələr dalğasına başlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, hücumlar ABŞ-nin şərq sahili vaxtı ilə saat 14:00-da başlayıb.
CENTCOM-un açıqlamasına görə, yeni zərbələrin məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir.

