İranın raket zərbələrindən sonra İordaniyanın cənub və şərq hissələrində partlayışlar baş verib.
Bu barədə İranın “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Partlayışların dəqiq harada baş verdiyi və nədən qaynaqlandığı açıqlanmayıb. Hadisə ilə bağlı digər təfərrüatlar da hələlik məlum deyil.
Bununla yanaşı, “Axios” portalının və İsrailin “12-ci kanal”ının müxbiri Barak Ravid ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket qurğusuna zərbə endirdiyini bildirib.

