Yəmənin şərqində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə husilər tərəfindən raket zərbəsi endirilib. Hücum nəticəsində azı 40 nəfər həyatını itirib.
Bu barədə Al Mashhad portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, raket hücumu nəticəsində çox sayda hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Yəmənin şimalına nəzarət edən şiə yönümlü “Ənsar Allah” (husilər) hərəkatı ilə münaqişənin diplomatik yolla həllinə hazır olduğu bildirilmişdi.
The Wall Street Journal qəzetinin məlumatına görə, Ər-Riyad münaqişənin daha da genişlənə biləcəyini nəzərə alaraq danışıqlara açıq qalır.

