Türkiyə Superliqasının 15-ci həftəsində "Qalatasaray" səfərdə "Sivasspor"la qarşılaşıb.
Den.az xəbər verir ki, "sarı-qırmızılılar" 16-cı dəqiqədə Metehan Baltacının qırmızı vərəqə almasından sonra 10 nəfərlə qalsalar da, meydanı 3:2 hesablı qələbə ilə tərk etməyi bacarıblar.
Qarşılaşmanın 25-ci dəqiqəsində Qarri Rodrigesin qolu ilə "Sivasspor" 1:0 önə keçib. Lakin 36-cı dəqiqədə "Sivasspor"un qapıçısı Nikoliçin səhvindən istifadə edən "Qalatasaray" Yunus Akgünün vurduğu qolla hesabı bərabərləşdirib. İlk hissənin əlavə dəqiqələrində penaltini qola çevirən Viktor Osimhen "Qalatasaray"ı 2-1 önə keçirib.
Qalatasaray" ikinci hissədə Barış Alper Yılmazın qolu ilə fərqi 2-yə yüksəldib. "Sivasspor" 90+1-ci dəqiqədə hesab fərqini azaltsa da, bu, oyunda son qol olub.
"Qalatasaray" bu qələbə ilə xalını 38-ə yüksəldib və liderliyini davam etdirir. "Sivasspor" isə 18 xalla 10-cu pillədə qərarlaşıb.
"Qalatasaray" yenə qalib gəldi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.