Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
“Den.az” Unikal-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.
Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
A. Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Xatırladaq ki, A. Musayev barəsində mətbuatda bir neçə qalmaqallı məqalə yayımlanmışdı. Jurnalistləri hədələdiyi üçün Araz Musayev ötən il fövqəladə hallar orqanlarından xaric edilib.