Keçmiş WBC, WBO, WBA və IBF ağır çəki üzrə çempionu, britaniyalı Tayson Fyuri rusiyalı boksçu Arslanbek Mahmudov üzərində qələbə qazanıb.
Döyüş London şəhərində baş tutub.
12 raundun yekununa əsasən qələbə britaniyalı idmançıya hakimlərin yekdil qərarı ilə verilib.
2024-cü ilin dekabrında 37 yaşlı Tayson Fyuri son döyüşünü keçirərək ukraynalı Aleksandr Usik-ə xallar üzrə uduzmuşdu. Bundan sonra britaniyalı karyerasını başa vurduğunu açıqlasa da, yaxın vaxtlarda rinqə qayıtdığını bildirib.
Onun peşəkar karyerasında hazırda 35 qələbə (24 nokaut), 2 məğlubiyyət və 1 heç-heçə var.
36 yaşlı Arslanbek Mahmudov isə karyerasında 21 qələbə (19 nokaut) fonunda üçüncü məğlubiyyətini alıb.

