Azərbaycanlı qarışıq döyüş növləri ustası Asaf Çopurov Bakıda keçirilən AIGA Eurasian Championship 2026 turnirində inamlı qələbə qazanıb.
Onun rəqibi daha əvvəl UFC-də çıxış etmiş qazaxıstanlı idmançı Sergey Morozov olub.
Görüş qreplinq qaydaları üzrə baş tutub. Çopurov ilk dəqiqələrdən üstünlüyü ələ alaraq qarşılaşmanı vaxtından əvvəl başa vurub. O, rəqibini “əl üçbucağı” boğucu fəndi ilə məğlub edib.
Beləliklə, fasilədən sonra rinqə qayıdan Morozov Bakıda keçirilən turnirdə məğlubiyyətlə üzləşib, Asaf Çopurov isə yüksək səviyyəsini bir daha təsdiqləyib.

