İtaliya A Seriyasının 25-ci turunda “İnter” – “Yuventus” matçı keçirilib.
Milandakı San Siro stadionunda baş tutan qarşılaşma 5 qollu dramatik ssenari ilə yadda qalıb. Oyun “İnter”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahibləri geridönüş edərək vacib qələbə qazanıb, “Yuventus” isə səfərdə xalsız qalıb. Matç turun ən gərgin və məhsuldar qarşılaşmalarından biri olub.

