İran milli futbol komandası 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edəcək. Turnir Kanada, Meksika və ABŞ-da baş tutacaq.
Bu barədə AP agentliyi Asiya Futbol Konfederasiyasının baş katibi Con Vindsora istinadən məlumat yayıb.
“İran oynayacaq. Onlar AFC-nin üzvüdür və biz onların turnirdə iştirak etməsini istəyirik. Nəhayət, oynayıb-oynamayacaqlarına İran Futbol Federasiyası qərar verir və bu günə qədər onlar bizə dünya çempionatına gedəcəklərini bildiriblər”, — deyə Con Vindsor bildirib.

