Fransa yığması DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda İraq millisinə böyük hesabla qalib gəlib.
Qarşılaşma Fransa millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun birinci hissəsindən sonra matç əlverişsiz hava şəraiti səbəbindən iki saatlıq dayandırılıb.
“Üçrənglilər”in lideri Kilian Mbappe görüşdə dubl edib. Bununla da fransalı hücumçu dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında Lionel Messidən cəmi iki qol geri qalır.

