Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının qrup mərhələsində Əlcəzair yığmasına qarşı oyunda qol vuraraq turnir tarixində ən yaxşı bombardirlər sırasında ilk üçlüyə daxil olub.
Qarşılaşma ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində keçirilib. Argentinalı hücumçu oyunun 17-ci dəqiqəsində fərqlənib.
Bu qol Messi üçün dünya çempionatları tarixində 14-cü qol olub. Bununla da o, mundiallar tarixinin ən məhsuldar futbolçuları siyahısında üçüncü yerə yüksəlib.
Qeyd edək ki, Argentina millisi turnirə son dünya çempionu statusunda qatılıb. Komanda 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransa yığmasını məğlub edərək çempion olmuşdu.

