Norveç yığması dünya çempionatının qrup mərhələsində Seneqalı 3:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.
Qarşılaşmada Norveçin qollarını Markus Pedersen və Erlinq Holand vurub. Seneqal millisində isə İsmaila Sarr dubl edib.
Bu qələbə Norveç üçün tarixi əhəmiyyət daşıyır. Komanda 1998-ci ildən sonra ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.
Holand turnirdəki qol sayını 4-ə çatdıraraq bombardirlər siyahısında Kilian Mbappe ilə eyni göstəriciyə sahib olub. Hazırda siyahıya 5 qolla Lionel Messi başçılıq edir.
Qrupun son turunda Norveç Fransa ilə, Seneqal isə İraqla qarşılaşacaq.

