Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Fransa millisi Norveç yığmasını məğlub edib.
Qarşılaşma ABŞ-ın Massaçusets ştatının Foksboro şəhərində yerləşən “Jillet” stadionunda keçirilib. Oyun Fransa millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində hücumçu Usman Dembele het-trik edib. Fransanın digər qolunu isə Dezire Due vurub. Norveç millisində isə Telo Osqaard fərqlənib.
Bu qələbədən sonra Fransa millisi xallarını 9-a çatdıraraq I qrupunda birinci pillədə qərarlaşıb. Norveç isə 6 xalla ikinci yeri tutub.

