Fransa yığması 2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində İsveçə 3:0 hesabı ilə qalib gəlib.
Oyun ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilib.
Fransa millisinin qollarını Kilian Mbappe və Bredli Barkola vurublar. Mbappe 45-ci və 74-cü dəqiqələrdə fərqlənib, Barkola isə 53-cü dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra Mbappe dünya çempionatlarında vurduğu qolların sayını 18-ə çatdırıb. O, bu göstəricidə ikinci pilləyə yüksələrək yalnız Argentina millisinin kapitanı Lionel Messidən geri qalır. Messinin dünya çempionatlarında 19 qolu var.
Cari mundialda isə Mbappe və Messi bombardirlər siyahısında liderliyi bölüşürlər. Hər iki futbolçunun hesabında 6 qol var.
Fransa yığması pley-offun növbəti mərhələsində Paraqvay millisi ilə qarşılaşacaq. Görüş Moskva vaxtı ilə iyulun 5-nə keçən gecə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş tutacaq.

