Braziliya millisi futbol üzrə 2026-cı il dünya çempionatında çıxışını başa vurub.
1/8 final mərhələsində Braziliya Norveçə 1:2 hesabı ilə məğlub olub və mundialla vidalaşıb. Reuters-in məlumatına görə, Norveç yığması bu qələbə ilə tarixində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəlib.
Norveçin hər iki qolunu Erlinq Holand vurub. O, əvvəlcə 79-cu dəqiqədə başla fərqlənib, 89-cu dəqiqədə isə uzaq məsafədən dəqiq zərbə ilə dublunu rəsmiləşdirib.
Braziliya ilk hissədə hesabı açmaq üçün yaxşı imkan əldə edib. Hakim Mateus Kunyaya qarşı kobudluqdan sonra penalti təyin edib. Lakin Bruno Gimarayeş zərbəni dəqiq yerinə yetirə bilməyib və Norveçin qapıçısı Örjan Nyuland topu qaytarıb.
Braziliya sonradan hücumlarını artırsa da, Norveç müdafiəsini yarmaqda çətinlik çəkib. Reuters yazır ki, Braziliyanın yeganə qolunu əlavə vaxtda Neymar penaltidən vurub, lakin bu, komandanı məğlubiyyətdən xilas etməyib.
Beləliklə, beşqat dünya çempionu Braziliya turniri erkən tərk edib, Norveç isə 1/4 finalda Meksika - İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

