Futbol üzrə Argentina millisi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasını məğlub edərək 1/8 finala yüksəlib.
Mayamidə keçirilən görüş hazırkı dünya çempionlarının əlavə vaxtda 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 29-cu dəqiqədə Lionel Messi hesabı açıb. Kabo-Verde millisinin heyətində isə 59-cu dəqiqədə Deroy Duarte fərqlənib. Bu qol onun milli komandadakı ilk qolu olub.
Əlavə vaxtda argentinalılar yenidən önə keçiblər. 92-ci dəqiqədə Lisandro Martines fərqlənib. Lakin 103-cü dəqiqədə Sidni Lopeş Kabral hesabı bərabərləşdirib.
Qələbə topu isə 111-ci dəqiqədə vurulub. Kabo-Verde millisinin müdafiəçisi Diney Borjeş topu öz qapısına göndərərək Argentinanın qələbəsinə səbəb olub.

