Braziliya millisinin hücumçusu Neymar dünya çempionatında Mərakeşə qarşı keçiriləcək oyunda meydana çıxmayacaq.
Bu barədə ge.globo portalına Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti məlumat verib.
Ançelotti bildirib:
Neymar mümkün qədər tez bərpa olunmaq üçün çox ciddi çalışır. Onun sağalaraq gələn həftə komandaya qoşulacağı gözlənilir.
Neymar “Santos”un “Koritiba”ya qarşı keçirdiyi oyunda sağ baldır əzələsindən zədə alıb. Həmin qarşılaşma 0:3 hesabı ilə başa çatıb.
34 yaşlı hücumçu Braziliya millisinin tarixində ən yaxşı bombardirdir. Onun hesabında millidə 128 oyunda 79 qol var.
Dünya çempionatında Braziliya Mərakeş, Haiti və Şotlandiya ilə eyni qrupda mübarizə aparacaq.

