Fransa yığması Mərakeş millisinə qalib gələrək 2026-cı il futbol üzrə dünya çempionatının yarımfinalına yüksəlib.
Bu barədə “Lenta.ru”nun müxbiri məlumat verib.
Qarşılaşma “Gillette Stadium”da keçirilib və Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 61-ci dəqiqədə Fransa millisinin hücumçusu Kilian Mbappe açıb. O, bundan əvvəl rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməmişdi.
İkinci qolu isə cəmi altı dəqiqə sonra Usman Dembele vurub.
Fransa millisi yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçirilir. Rusiya millisi isə 2022-ci ildən beynəlxalq yarışlardan kənarlaşdırıldığı üçün turnirdə iştirak etmir.

