Türkiyənin futbolçusu Bertuğ Özgür Yıldırım və portuqaliyalı model Oriana Correia Gomes ilk övladlarını qucaqlarına almağa hazırlaşırlar.
Hamiləlik dövrünü gözdən uzaq keçirməyə üstünlük verən cütdən yeni paylaşım gəlib.
Bir müddətdir birlikdə olan Bertuğ Özgür Yıldırım və Miss Universe Spain yarışmasının finalçılarından olan Oriana Correia Gomes münasibətlərini sosial şəbəkə paylaşımları ilə duyurmuşdular.
Ötən ilin noyabrında qayıqda baş tutan romantik evlilik təklifindən sonra evlilik qərarı alan cütlük daha sonra sadə nikah mərasimi ilə ailə həyatı qurmuşdu.

Evliliklərindən sonra uşaq gözlədiklərini açıqlayan Bertuğ Özgür Yıldırım ata olacağını bu sözlərlə bildirmişdi:
“Bəzən ən böyük xoşbəxtliklər ən səssiz anlarda gəlir. İnsanın qurduğu ən gözəl komanda isə ailəsidir.”

İlk övladlarını qucaqlarına almaq üçün gün sayan cütlükdən bu dəfə yeni fotolar paylaşılıb. Portuqaliyalı model Oriana Correia Gomes nəzərə çarpan hamilə qarnı ilə həyat yoldaşı Bertuğ Özgür Yıldırımla çəkilən şəkillərini sosial şəbəkə hesabında yayımlayıb.

Cütlüyün birlikdə verdiyi pozalar qısa müddətdə izləyicilərin böyük marağına səbəb olub.

