Bir müddətdir Kadir Taner Uçar ilə münasibətdə olan Nesrin Cavadzadə mayın 4-də Bodrumda keçirilən sürpriz nikah mərasimi ilə ailə qurmuşdu.
43 yaşlı aktrisa daha əvvəl açıqlamasında evlilik təklifindən bir ay sonra Bodrumda nikah bağladıqlarını bildirmişdi. O, münasibətlərinin altıncı ayında evlilik təklifi aldığını, əvvəlcə nikah etdiklərini, toy mərasiminin isə daha sonra keçiriləcəyini demişdi.
Cavadzadə sosial media hesabında həyat yoldaşı ilə çıxdığı bal ayından fotolar yayımlayıb. Paylaşımlarda cütlüyün birlikdə romantik şam yeməkləri yediyi, idman etdiyi və istirahətdən zövq aldığı görüntülər yer alıb.
Aktrisanın həyat yoldaşı ilə romantik fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Cavadzadə bir müddət əvvəl sosial mediada ünvanına yazılan botoks şərhlərinə də münasibət bildirmişdi. Aktrisa bu cür müzakirələrə cavab olaraq görünüşü ilə bağlı edilən şərhləri tənqid etmişdi.




