Hadise ilə Kaan Yıldırım Kaan Yıldırımın münasibəti yenidən gündəmə gəlib.
Uzun müddətdir eşq axtardığını dilə gətirən Hadisənin, görünür, axtardığı sevgini nəhayət tapdığı düşünülür.

Müğənni bir müddətdir Kaan Yıldırımla münasibətini mediadan uzaq şəkildə yaşayır və cütlük bu barədə heç bir açıqlama vermirdi.
Son vaxtlar onların ayrıldığı ilə bağlı xəbərlər geniş yayılmışdı.
Nə sosial şəbəkələrdə, nə də maqazin mətbuatında münasibətləri ilə bağlı danışan cütlükdən ilk addım gəlib.


