Lionel Messi 2026-cı il futbol üzrə dünya çempionatında iştirak etməyə bilər.
Inter Miami CFnin hücumçusunun qərarı fiziki durumundan asılı olacaq. Argentinalı futbolçu hazırda Major League Soccer mövsümünə hazırlaşır və yayda turnirlərdən birində meydana çıxa bilər. Lakin dünya çempionatında iştirakı ilə bağlı hələlik zəmanət yoxdur.
Bu barədə The Touchline məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Messi mundialı buraxmaq ehtimalını nəzərdən keçirir. Əgər fiziki formasını optimal hesab etməzsə, turnirdə çıxışdan imtina edə bilər.
Messi mümkün dünya çempionatı üçün ideal formada olmaq istədiyini və buna görə risk etməyəcəyini bildirib.
Futbolçu həmçinin qeyd edib ki, MLS-in səviyyəsi kifayət qədər rəqabətli deyil, buna görə də yüksək tempə uyğunlaşmaq üçün fiziki hazırlığa xüsusi önəm verir.

