Səkkizqat “Qızıl top” mükafatı laureatı Lionel Messi 2026-cı il üzrə idman sahəsində Asturiya Şahzadəsi mükafatına layiq görülüb.
Bu barədə RBK məlumat yayıb.
Mükafatlandırma mərasimi İspaniyanın Oviedo şəhərində keçirilib.
Asturiya Şahzadəsi mükafatı hər il elm, mədəniyyət, idman, humanitar və digər sahələrdə mühüm nailiyyətlər qazanan şəxslərə və təşkilatlara təqdim olunur.
Bu beynəlxalq mükafat nüfuzuna görə bəzən “İspaniyanın Nobel mükafatı” da adlandırılır.
Messinin mükafatlandırılmasında onun təkcə futbol sahəsindəki uğurları deyil, həm də xeyriyyəçilik fəaliyyəti nəzərə alınıb.
Argentinalı futbolçunun öz adını daşıyan fond vasitəsilə həyata keçirdiyi xeyriyyəçilik işləri və UNICEF-in xoşməramlı səfiri kimi fəaliyyəti də xüsusi qiymətləndirilib.

