Argentinalı futbolçu, “İnter Mayami”nin ulduzu Lionel Messi milyarder olub.
Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin hesablamalarına görə, Messinin sərvəti vergilər, investisiya gəlirləri və sponsorluq müqavilələri nəzərə alınmaqla 1 milyard dolları keçib.
Bildirilir ki, futbolçu 2007-ci ildən bəri maaş və bonuslardan 700 milyon dollardan çox gəlir əldə edib.
Messinin milyarder statusuna çatmasında “İnter Mayami” ilə imzaladığı müqavilə xüsusi rol oynayıb. Həmin müqavilədə televiziya yayımlarından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı bəndin olduğu qeyd edilir.
Bundan başqa, Lionel Messi daşınmaz əmlaka və Argentinada restoranlar şəbəkəsinə də investisiya yatırıb.
Qeyd olunur ki, 38 yaşlı Messi aprel ayında İspaniyanın “Kornelya” futbol klubunu satın alıb. O, İspaniya futbolunun üçüncü divizionunda çıxış edən komandanın səhmlərinin 100 faizinə sahib olub.

