“Qızıl top”un səkkizqat qalibi, argentinalı futbolçu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən CD Eldense klubunun səhmlərinin 100 faizini almaq üçün bütün formal mərhələləri tamamlayıb.
Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər arasında razılaşma klubun alınması ilə bağlı şifahi razılığın əldə edildiyi barədə xəbərlərin yayılmasından təxminən bir həftə sonra rəsmiləşdirilib.
Bildirilir ki, Messi bununla kifayətlənmək niyyətində deyil və gələcək üçün öz futbol klubları şəbəkəsini formalaşdırmağa başlayıb.
Lakin sövdələşmənin tam başa çatması üçün İspaniyanın Ali İdman Şurasının təsdiqi tələb olunur. Yalnız bundan sonra Messi klubun səhmlərini rəsmi şəkildə öz adına keçirə biləcək.

