Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldu karyerası ərzində 2 milyard dollar qazanan ilk aktiv idmançı olub.
Bu barədə “Forbes” nəşri məlumat yayıb.
Nəşrin hesablamalarına görə, Ronaldu 2026/27 mövsümündə klubundan 250 milyon dollar, reklam müqavilələri və biznes layihələrindən isə əlavə 50 milyon dollar gəlir əldə edəcək.
“Forbes”in proqnozuna əsasən, gələn il argentinalı futbolçu Lionel Messinin də ümumi karyera qazancının 2 milyard dolları keçəcəyi gözlənilir.
Hazırda “İnter Mayami”də çıxış edən Messinin ümumi illik gəlirinin 145 milyon avro təşkil edəcəyi bildirilir.

