ABŞ və İranın hərbi əməliyyatlara son qoymaqla bağlı razılığa gələ biləcəyi ehtimalı dünya bazarında neft qiymətlərinə təsir edib.
Bu barədə Bakıvaxtı.az LeMonde.fr-ə istinadən xəbər verir.
Məlumata görə, Brent markalı neftin qiyməti 2,32 faiz ucuzlaşaraq 102,58 dollara enib. West Texas Intermediate WTI neftinin qiyməti isə 1,94 faiz azalaraq 96,35 dollar təşkil edib.
Qeyd olunur ki, sessiyanın əvvəlində hər iki neft markasında kəskin bahalaşma müşahidə olunmuşdu. Hətta WTI neftinin qiyməti 100 dolları keçmişdi.
Lakin ABŞ-İran xəttində mümkün razılaşma və hərbi gərginliyin azalacağına dair gözləntilər bazarda təzyiqi azaldıb və qiymətlərin geriləməsinə səbəb olub.

