Çərşənbə səhəri dünya bazarında neft ucuzlaşır.
Bakı vaxtı ilə saat 09:12-yə olan məlumata görə, Londonun ICE Futures birjasında iyul fyuçersləri üzrə Brent markalı neftin qiyməti 1,52 dollar və ya 1,53 faiz azalaraq bir barel üçün 98,06 dollara düşüb.
Çərşənbə axşamı Brent nefti 3,44 dollar və ya 3,6 faiz bahalaşaraq 99,58 dollar səviyyəsinə çatmışdı.
Eyni vaxtda Nyu-York Əmtəə Birjasının NYMEX elektron hərraclarında iyul fyuçersləri üzrə WTI markalı neft 1,89 dollar və ya 2,01 faiz ucuzlaşaraq bir barel üçün 92 dollara enib. Bir gün əvvəl bu kontrakt 2,71 dollar və ya 2,8 faiz azalaraq 93,89 dollar olmuşdu.
Bazar iştirakçıları Hörmüz boğazından təxminən 4 milyon barel neft daşıyan ən azı iki supertankerin keçməsini müsbət siqnal kimi qiymətləndiriblər.
Westpac Banking Corp. nümayəndəsi Robert Renni bildirib ki, bazarlar İranla bağlı mümkün razılaşma perspektivini görür. Lakin onun sözlərinə görə, boğazın tam açılması aylar, hətta rüblər çəkə bilər.
“Brent sülh razılaşması ilə bağlı nikbinlik fonunda ucuzlaşır. Amma boğaz açılmayana qədər belə enişlər, çox güman ki, müvəqqəti və məhdud olacaq”, — deyə Renni qeyd edib.

