Reuters-in məlumatına görə, neft qiymətləri ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələri ləğv etməsindən sonra təxminən 3 faiz azalıb. Bazarda ucuzlaşmaya ABŞ-İran gərginliyinin qismən səngiyə biləcəyinə dair gözləntilər təsir edib.
WSJ-nin məlumatına görə, Brent markalı neftin qiyməti 4 faiz azalaraq bir barel üçün 86,69 dollar təşkil edib. ABŞ-ın WTI markalı xam nefti isə 4,1 faiz ucuzlaşaraq 84,15 dollar səviyyəsinə düşüb.
Analitiklər bildirirlər ki, qiymətlərdə azalma Yaxın Şərqdə mümkün deeskalasiya ilə bağlı ümidlərlə əlaqələndirilir. Bununla belə, Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik və regiondakı hərbi-siyasi gərginlik neft bazarı üçün əsas risk olaraq qalır.
Həftəlik göstəricilərə əsasən, hər iki əsas neft markası təxminən 9 faizlik itkiyə doğru gedir. Ekspertlər xəbərdarlıq edirlər ki, danışıqlar nəticə verməsə və enerji daşımaları ilə bağlı risklər artsa, qiymətlərdə yenidən yüksəliş müşahidə oluna bilər.

