İyulun 22-də səhər saatlarında bitkoinin qiyməti 65,9 min dollar səviyyəsində ticarət olunub.
Gün ərzində dünyanın ən böyük kriptovalyutasının qiyməti 65 623–66 872 dollar arasında dəyişib.
Bazar məlumatlarına görə, bitkoin son 24 saatda təxminən 0,4 faiz bahalaşıb və yenidən 66 min dollar həddinə yaxınlaşıb.
Kriptovalyutanın bazar kapitallaşması isə təxminən 1,33 trilyon dollar təşkil edir.

