ABŞ administrasiyası Venesuela ilə əldə olunan razılaşma çərçivəsində alınacaq nefti ölkənin strateji ehtiyatlarına yönəltməyi planlaşdırır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib. Onun sözlərinə görə, həmin neft demək olar ki, tükənmiş ehtiyatların artırılmasına sərf olunacaq.
Tramp paylaşımında yazıb:
“Venesuela nefti ilə edəcəyim işlərdən biri də yuxulu Co Bayden ucbatından demək olar ki, tükənmiş milli strateji ehtiyatlarımızı bərpa etməkdir. Ehtiyatların ən yüksək səviyyəyədək doldurulması prosesi çox tezliklə başlayacaq və bu, Venesuelanın ABŞ xalqına hədiyyəsidir”.

