ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətinin siyasi məhbusların azad olunması prosesini sürətləndirdiyini bildirib.
O, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib:
“Venesuelanın siyasi məhbuslarını sürətli şəkildə azad etdiyini məmnuniyyətlə bildirirəm. Yaxın vaxtlarda bu göstərici daha da artacaq”, — deyə Tramp yazıb.
ABŞ lideri Venesuela hakimiyyətinə bu güclü “humanitar jestə” razılıq verdiklərinə görə təşəkkürünü də ifadə edib.

