ABŞ prezidenti Donald Tramp Venesuela üzərində hava məkanının yenidən açıldığını bəyan edib.
Bloomberg agentliyinin məlumatına görə, Tramp bu qərarı Venesuelanın səlahiyyətlərini icra edən prezidenti Delsi Rodrigeslə telefon danışığından sonra, cümə axşamı verib. Qərar ABŞ ilə Venesuela arasında münasibətlərin bərpası istiqamətində atılan addımlar çərçivəsində qəbul olunub.
Donald Tramp bildirib ki, Pentaqona və ABŞ Nəqliyyat Nazirliyinə günün sonunadək lazımi dəyişikliklərin edilməsi ilə bağlı göstəriş verib. Onun sözlərinə görə, Delsi Rodriges telefon danışığı zamanı Venesuela hakimiyyətinin təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəliləyiş əldə etdiyini bildirib.

