İki ildən sonra neftin strateji Hörmüz boğazı vasitəsilə dəniz yolu ilə daşınmasına ehtiyac qalmayacaq.
Bunu ABŞ maliyyə naziri Skott Bessent G20 ölkələrinin maliyyə nazirlərinin Şimali Karolinada keçirilən görüşü çərçivəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
Bessentin sözlərinə görə, bu müddətdən sonra neft daşımalarında əsas yük quru boru kəmərlərinin üzərinə düşəcək.
“İki ildən sonra Hörmüz boğazı yararsız bir su məkanına çevriləcək”, – Bessent bildirib.

