Qərbi Avropanın aparıcı ölkələrinin fond bazarları bazar ertəsi ticarət sessiyasını artımla başa vurub.
Məlumata görə, Avropanın ən iri şirkətlərini əhatə edən Stoxx Europe 600 indeksi 0,44 faiz artaraq 598,47 bəndə yüksəlib.
Eyni zamanda Böyük Britaniyanın FTSE 100 indeksi 0,55 faiz, Almaniyanın DAX indeksi 0,5 faiz, Fransanın CAC 40 indeksi 0,31 faiz, İtaliyanın FTSE MIB indeksi 0,07 faiz, İspaniyanın IBEX 35 indeksi isə 0,18 faiz artıb.
Bildirilir ki, investorlar Yaxın Şərqdəki vəziyyətin inkişafını diqqətlə izləməyə davam ediblər.
Bazar ertəsi Hörmüz boğazı vasitəsilə gəmi hərəkətinin bərpası istiqamətində səylər fonunda neft qiymətlərində müəyyən enmə qeydə alınıb. Qeyd olunur ki, dünya neft tədarükünün təxminən 20 faizi məhz bu boğazdan keçir.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Ağ Ev hələlik İran gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilməsinə etiraz etmir.
“Hazırda bu bizim üçün normaldır. Biz istəyirik ki, dünya enerji təchizatı ilə yaxşı təmin olunsun”, — deyə Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son vaxtlar Hörmüz boğazından Hindistan və Çin gəmiləri də daxil olmaqla daha çox gəmi keçir.

