Dünya bazarında neftin qiyməti kəskin yüksələrək 110 dollar həddinə yaxınlaşıb.
ICE birjasının məlumatına görə, oktyabrın 16-da “Brent” markalı neftin qiyməti 3,5 faiz artıb. Bakı vaxtı ilə saat 23:30-da dekabr fyuçersləri üzrə bir barel neft 109,67 dollara satılıb.
Bu, mayın 20-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
Bloomberg agentliyinin məlumatına görə, bahalaşma ABŞ Konqresinə Rusiya dizel yanacağının tədarükü ilə bağlı Prezident Donald Trampın Moskva ilə razılaşmasını əngəlləməyi nəzərdə tutan qanun layihəsinin təqdim edilməsindən sonra baş verib.
Konqresmen Qreqori Miksin irəli sürdüyü layihə Rusiyanın enerji sektoruna dövlət maliyyələşdirilməsinin qadağan olunmasını, bəzi lisenziyaların ləğvini və sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.
Agentlik qeyd edir ki, Rusiya dizelinin dünya bazarından daha da sıxışdırılması digər ölkələrdə neft emalının artırılmasına ehtiyac yarada bilər.

