Dünya bazarında neftin qiymətində artım davam edir.
“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,40 dollar və ya 1,43 faiz artaraq bir barel üçün 99,32 dollara çatıb. WTI markalı neftin oktyabr fyuçersləri isə 1,17 dollar və ya 1,28 faiz bahalaşaraq 94,20 dollar olub. Son məlumatlarda “Brent”in 100 dollar həddinə daha da yaxınlaşdığı görünür.
Neftin bahalaşması ABŞ və İran arasında davam edən hərbi gərginlik, eləcə də Yaxın Şərqdən enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlarla əlaqələndirilir. Xüsusilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənlik qiymətlərə əlavə təzyiq göstərir.

