Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. Brent markalı neftin bir barelinin qiyməti 110 dolları ötüb.
Birja məlumatlarına görə, dekabr ayında tədarük ediləcək Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,10 faiz artaraq 110,02 dollara çatıb.
Bu göstərici Moskva vaxtı ilə saat 03:41-ə olan ticarət məlumatlarında əksini tapıb.
Eyni zamanda, WTI markalı neftin dekabr fyuçersləri 0,91 faiz bahalaşaraq bir barel üçün 98,03 dollar təşkil edib.
Qeyd edək ki, oktyabrın 16-da Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2026-cı il mayın 20-dən bəri ilk dəfə 110 dollar həddinə çatıb.

