13 
iyl
2023
13:34
247

Lökbatanda əməliyyat: 14 nəfər tutuldu - VİDEO

13 iyl, 2023
13:34
247

Lökbatanda əməliyyat: 14 nəfər tutuldu - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 14 nəfər saxlanılıb.

Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib. Tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib.

Onların hər biri barəsində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır.
“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar