okt
2023
11:06
244

Bakıda ƏMƏLİYYAT: bir rayonda 23 nəfər tutuldu - VİDEO

6 okt, 2023
11:06
244

Bakıda ƏMƏLİYYAT: bir rayonda 23 nəfər tutuldu - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının sentyabr ayı ərzində keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 41, satışının təşkil edilməsi ilə əlaqəli 4 fakt aşkar edilib.

Qeyd edilən cinayətlərdə şübhəli bilinən ümumilikdə 23 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 5 kiloqram narkotik vasitə heroin, həmçinin 2 kiloqrama matemfetamin və marixuana aşkar edilib.

Saxlanılanlar narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bakıda ƏMƏLİYYAT:  bir rayonda 23 nəfər tutuldu - VİDEO

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar