Xaçmazda erkən nikah qeydə alınıb. Hadisə Qusarçay kəndində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 17 yaşlı qızın 37 yaşlı oğlanla toyu olub.
Den.az xəbər verir ki, Bizim.media məsələni Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədovla dəqiqləşdirib.
Direktor əvəzi həmin məktəblinin altıncı sinifdən məktəbə gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.
Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib.
O qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.
Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb.
Onlar ailə həyatı qurmayıblar.
Faktla bağlı hazırda Xaçmaz Rayon Polis Şöbəsində zəruri araşdırmalar aparılır.
Xaçmazda 17 yaşlı qızı 37 yaşlı kişi ilə nişanladılar-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.