DenMedia.az-a danışan qonşular bildiriblər ki, 38 yaşlı İlkin Atakişiyev 10 ildən çoxdur yaşadığı Kimyaçılar qəsəbəsi, Cənub küçəsindəki nömrəsiz evə gələrək həyat yoldaşı, 36 yaşlı Yeganə Atakişiyeva ilə mübahisə edib. İddialara görə, mübahisə nəticəsində ər əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə arvadının başını kəsib. Həyat yoldaşını qətlə yetirən şəxs daha sonra özünün boğazını kəsərək canına qəsd edib. Məlumata görə, hadisə ailənin 10 yaşlı övladının gözləri qarşısında törədilib.
Qonşuların bildirdiyinə görə, İlkin Atakişiyev yaşadığı evin həyətyanı sahəsində donuzçuluq təsərrüfatı ilə məşğul olurmuş. Həyat yoldaşı ilə birlikdə həmin təsərrüfatda işləməklə ailəsini dolandırırmış. Ehtimala görə, İlkin Atakişiyev hadisəni törədərkən içkili vəziyyətdə olub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.