fev
2024
13:30
251

Kürdəmirdə QƏTLİAM: anasının başını kəsib, qonşusunu öldürdü

9 fev, 2024
13:30
251

Kürdəmirdə QƏTLİAM: anasının başını kəsib, qonşusunu öldürdü

Kürdəmirdə dəhşətli qətl törədilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Den.az-a verilən məlumata görə, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 43 yaşlı İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 75 yaşlı Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 54 yaşlı Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 44 yaşlı Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.
Hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır. 

Qeyd edək ki, mediada yazılanlara görə, İlham Alıyev anasının başını kəsərək öldürüb. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar