Xəbər verdiyiniz kimi, Sumqayıt şəhərində dəhşətli ailə faciəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kişi həyat yoldaşını öldürdükdən sonra özünə qəsd edib.
Hadisə barədə məlumat daxil olan kimi polis əməkdaşları və təcili tibbi yardım briqadaları əraziyə cəlb olunub.
Hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, İlkin Şakir Oğlu Atakişiyev həyat yoldaşı Yeganə Bəxtiyar qızı Atakişiyeva ilə birinci mübahisə edib. İddialara görə daha sonra onu yerə yıxaraq başını kəsib. Bütün bunlar isə ailənin yeganə tək azyaşlı oğlunun gözü qarşında baş verdiyi bildirilir.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ellada Rəsul