ABŞ-da 31 yaşlı Amanda Heller keçmiş ərinin evinə icazəsiz daxil olub. Hadisə zamanı kişi yatmış vəziyyətdə olub. Bu barədə US Weekly məlumat yayıb.
Məlumata görə, qadın evə girdikdən sonra tapançadan iki dəfə atəş açıb.
Amanda Heller saxlanılıb. Ona qarşı yaşayış sahəsinə qanunsuz daxil olma və qəsdən adam öldürməyə cəhd ittihamları irəli sürülüb.
Jurnalistlərin məlumatına görə, hadisə 26 apreldə baş versə də, qadın yalnız 21 mayda həbs edilib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

