Los-Anceles polisi ABŞ müğənnisi Rihannanın evinə atəş açmaqda şübhəli bilinən 30 yaşlı qadını saxlayıb. Bu barədə Los Angeles Times qəzeti məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, şübhəli qadın avtomobillə müğənninin malikanəsinə yaxınlaşıb və AR-15 tipli tüfəngdən təxminən 10 dəfə atəş açıb.
Güllələrdən bir neçəsi evin divarına dəyib. Həmin vaxt Rihanna da evdə olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb və Rihannanın həyatına təhlükə yoxdur. Hücumu törədən şəxsin motivləri hələlik məlum deyil, o hazırda dindirilmə prosesindən keçir.



