Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi ilə bağlı əməliyyat keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində yerli sakin Camal Babayev saxlanılıb.
Onun yaşadığı ünvana baxış zamanı polis əməkdaşları 22 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu, həmçinin təxminən 10 kiloqram marixuana aşkar ediblər.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

