Bakının Nizami rayonunda paytaxt sakininə hücum edilərək pul və əşyaları əlindən alınıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Naməlum şəxs Bakı sakinini döyərək ondan 960 manat nağd pul və çantasını alıb. Çantada 250 manat dəyərində mobil telefon və iki bank kartı olub.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxsin 37 yaşlı Elvin Fərəcov olduğu və əvvəllər müxtəlif cinayətlərə görə məhkum edildiyi bildirilib.
Faktla bağlı araşdırma davam etdirilir.

